"Qəbələ"nin futbolçusu "Slaviya"da

"Qəbələ"nin futbolçusu "Slaviya"da
GÜNDƏM 16 Fevral 2018 / 20:58 4813
-  A +

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə məlumat yayıb.

O, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. Gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın  “Slaviya" (Praqa) klubunda çıxış edəcək.
 
Qeyd edək ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdur. O, Portuqaliya "Sportinq"inin B komandasında çıxış edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı