"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı

"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı
ÖLKƏ FUTBOLU 16 Fevral 2018 / 15:37 7670
-  A +

"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.

Qol.az-ın məlumatına görə, ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar.

“Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

“El Mundo Deportivo” isə “Qarabağ”dan Kopenhagendəki qurbanlarına acı salam: “Ümid edirik ki, bizi unutmayacaqsız” başlıqlı xəbərdə Ağdam klubunun “Kopenhagen”i Mahir Mədətov və Dino Ndlovunun qolları sayəsində  Çempionlar Liqasından kənarlaşdırmağı, eyni zamanda ÇL-in qrup mərhələsində “Atletiko”dan hər iki görüşdə xal alıb, komandanı Avroliqaya göndərməyi qeyd olunub.

Qeyd edək ki, “Qarabağ” ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə oyundan əvvəl söz atıb. “Atletiko” və “Kopenhagen”in loqolarının yer aldığı şəkili paylaşan Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsi fotonun üstündə bu sözləri yazıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".

Daha çox


Son xəbərlər