Millimizin yeni reytinqi - FİFA açıqladı

Millimizin yeni reytinqi - FİFA açıqladı
ÖLKƏ FUTBOLU 15 Fevral 2018 / 13:14 3786
-  A +

FİFA milli komandaların növbəti  reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.  Yığmamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay komandamızın Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın  281-dən 275-ə qədər enməsi ilə nəticələnib.

Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı