"Hakim "Real"a kömək etdi" - PSJ prezidenti

"Hakim "Real"a kömək etdi" - PSJ prezidenti
DÜNYA FUTBOLU 15 Fevral 2018 / 12:50 6082
-  A +

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Real"a 1:3 hesablı məğlubiyyəti şərh edib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, görüşün hakimi Canluka Rokkini Madrid klubuna kömək etməkdə günahlandırıb: "Hakim öz işini düzgün yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Haqsız nəticədir. İkinci hissədə daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Mbappe oyundankənar vəziyyətdə deyildi. Hakim səhvləri bizə baha başa gəldi. Hakim "Real"a kömək etdi".

O bildirib ki, daha cavab matçı haqda düşünməlidirlər: "Doğma meydanda azarkeşlərimiz önündə oynayacağıq. Növbəti mərhələyə yüksələ bilərik. Bunun üçün hər şeyi edəcəyik. "Real"la matç çətin olacaq".


Son xəbərlər