"Hakim cəzalandırılmalıdır" - Unai Emeri

"Hakim cəzalandırılmalıdır" - Unai Emeri
GÜNDƏM 15 Fevral 2018 / 11:14 5765
-  A +

"Canluka Rokkinin hakimliyini bəyənmirəm. Bu matçlarda kiçik səhvlər böyük fərqlər yaradır. Mənə bildirdilər ki, Ramos əllə oynayıb. Düzdür, mən həmin epizodu dəqiq görmədim. Əgər elədirsə, hakim cəzalandırılmalıdır.Özümə bəraət qazandırmıram. Amma daha yaxşı hakim olsaydı, meydandan qələbə ilə ayrıla bilərdik".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, növbəti mərhələyə yüksəlmək şanslarının hələ də qaldığını bildirib: "Pis nəticə ilə meydandan ayrıldıq. Amma belə oynamağa davam etsək, növbəti mərhələyə keçə bilərik. Ancaq hakim qərarları belə davam etsə, işimiz çətin olacaq".

Daha çox


Son xəbərlər