"Barselona" istəyinə çatdı

"Barselona" istəyinə çatdı
XƏBƏR 14 Fevral 2018 / 21:50 7194
-  A +

"Barselona" “Qremio”nun yarımmüdafiəçisi Artur Enrikenin transferi üçün qarşı tərəflə razılığa gəlib.

Qol.az-ın “El Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, uzun müddətdir Braziliya klubu ilə danışıqlar aparan Kataloniya təmsilçisi sonda istəyinə nail olub. İki klub arasındakı razılaşmaya əsasən, 21 yaşlı futbolçu bu ilin sonuna kimi hazırkı komandasında çıxış edəcək. 2019-cu ilin yanvarından etibarən isə “Barselona”nın formasını geyinəcək. La Liqanın liderinin bu keçid üçün qarşı tərəfə 25-30 milyon arası məbləğ ödəyəcəyi bildirilir.

Qeyd edək ki, tam adı Artur Enrike Ramos di Oliveyra Melo olan yarımmüdafiəçi “Qoyas” klubunun yetirməsidir. O, 2016-cı ildən “Qremio”da çıxış edir.
 

Daha çox


Son xəbərlər