İkardi məşhur menecerə "yox" dedi – arvadına görə

İkardi məşhur menecerə "yox" dedi – arvadına görə
XƏBƏR 14 Fevral 2018 / 21:13 5865
-  A +

“İnter”in hücumçusu Mauro İkardi Mino Rayolonun təklifindən imtina edib.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı məlumata görə, argentinalı forvard ona əməkdaşlıq təklif edən dünyaca məşhur menecerə “yox” cavabı verib.

Ulduz futbolçuya zəng vuran və onu yayda “Mançester Yunayted”ə apara biləcəyini söyləyən Rayola gözləmədiyi reaksiya ilə qarşılaşıb. İkardi menecerin təklifini qəbul etməyib.

Qeyd edək ki, İkardinin menecerliyini onun həyat yoldaşı Vanda Nara edir. Onun məhz bu səbəbdən Rayola ilə işbirliyində maraqlı olmadığı iddia olunur.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı