Topaz Premyer Liqada 400 min avroluq yarımmüdafiəçi

Topaz Premyer Liqada 400 min avroluq yarımmüdafiəçi
XƏBƏR 14 Fevral 2018 / 20:24 7542
-  A +

"Səbail" heyətinə daha bir legioner qatıb.

Qol.az-ın məlumatına görə, Belçikanın "Standard" klubunun yarımmüdafiəçisi Faruk Miya mövsümün sonuna kimi Topaz Premyer Liqanın debütantının formasını geyinəcək.

Bu barədə “voetbalbelgie.be” saytı xəbər yayıb. Bildirilir ki, tərəflər arasında uqandalı futbolçunun icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, bu mövsüm əsasən “Standart”ın ikinci komandasında meydana çıxan 20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 400 min avrodur.

Son xəbərlər