Millimizin rəqibi iki yoxlama oyunu keçirəcək

Millimizin rəqibi iki yoxlama oyunu keçirəcək
XƏBƏR 14 Fevral 2018 / 18:50 1428
-  A +

UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo yığması Fransada təlim-məşq toplanışında olacaq.

Qol.az-ın Kosovo Futbol Federasiyasını rəsmi saytına istinadən yaydığı xəbərə görə, martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək millimizin rəqibi toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda martın 24-də Madaqaskar, 27-də isə Burkina-Faso milliləri ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.

 

Daha çox


Son xəbərlər