Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir

Yazarlar
 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
Aydın BAĞIROV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qarabağ" - Şəkillər
Top 5
"Bavariya"dan darmadağın, Londonda heç-heçə
"Şaxtyor" qalib gəldi, "Sevilya" "Mançester Yunayted"lə heç-heçə etdi
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
Rəşad Sadıqovdan sensasiyalı açıqlamalar
Messinin Çempionlar Liqasında qol vura bilmədiyi komandalar
Linklər
525ci Qəzet

Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
A A A

[14.02.2018]
Mosvka Spartakçısı (?)... Anatoli Banişevski

Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.

Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”

Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.

Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...

Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının

heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.

İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.

İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...

Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”

2393 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  23.02.18
00:00
  “Atletiko”dan tək qollu qələbə - Video
  22.02.18
23:00
  Ramos La Liqanın ən kobud oyunçusudur
21:56
  “Lokomotiv” 1/8 finalda – Video
20:55
  Özil bu gün oynamayacaq
20:12
  Donnarumma yayda PSJ-yə keçə bilər
19:30
  Birinci divizionda daha 3 oyunun hakimləri müəyyənləşdi
19:00
  Premyer Liqamızda 17-ci turun - hakim təyinatları
18:30
  Torres "Atletiko"dan göndərilir - Simeone açıqladı
18:10
  Şehiç yenə birincidir - Çempionlar Liqasında
17:54
  Böyükağa Hacıyevin vəziyyəti ağırdır
17:40
  "Keşlə" "Sumqayıt"la oyuna hazırlaşır - Şəkillər
17:21
  "Azərbaycan kubokunun finalına hazırıq" - Fariz Nəcəfov
17:15
  "Barselona"da yeni müqavilə - rəsmi
16:56
  "Zaqatala" uddu, "Xəzər" uduzdu - Birinci divizion
16:22
  Çempionlar Liqasında həftənin rəmzi komandası
15:57
  Rəşad Sadıqovdan sensasiyalı açıqlamalar
15:45
  "Milan" Konte ilə danışıq aparır" - İtaliya mətbuatı
15:31
  Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
14:59
  "Neftçi" – "Zirə": onlar oynamayacaqlar
14:17
  Çempionlar Liqasında ən gözəl qola 5 namizəd
14:00
  “Zirə”yə keçdi, millidən kənarda qaldı
13:43
  “Qəbələ”də ciddi itkilər
13:24
  Derbi Cüneyt Çakıra tapşırıldı
13:00
  “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
12:51
  ÇL-də həftənin ən yaxşısı kim olacaq ? - namizədlər
12:34
  De Xea rekorda şərik oldu
12:09
  Avroliqanın oyunları bu kanallarda - siyahı
11:37
  İdmançımızın yıxıldığı yarışın qalibi müəyyənləşdi
11:17
  Etopaz-da günün canlı oyunları
10:52
  "Nəticə oyuna uyğun oldu" - Mourinyo
10:30
  Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir
10:17
  Türk oyunçudan tarixi qol
10:06
  Olimpiadadakı yeganə təmsilçimiz finişə çata bilmədi
09:45
  Azərbaycan neçəncidir? - UEFA reytinqi
02:00
  "Mançester Yunayted" İspaniyadan qolsuz qayıdır - Video
01:54
  "Şaxtyor" "Roma"nı məğlub yola salır - Video
01:40
  "Şaxtyor" qalib gəldi, "Sevilya" "Mançester Yunayted"lə heç-heçə etdi
00:40
  "Real" səfərdən 3 qolla dönür - Video
00:10
  MOİK mərhələni bir qolla keçdi - Video
  21.02.18
22:56
  Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
22:34
  Messinin Çempionlar Liqasında qol vura bilmədiyi komandalar
21:18
  Kamran Quliyev "Neftçi"nin məşqini izlədi - Video
20:53
  "İtaliya millisindən təklif alsam..." - Ranyeri
19:45
  Ceko "Milan"ın hədəfində
19:23
  "Demək olar ki, het-trik etdim" - Villian
18:40
  Balotelli: "Putin, hardasan?" - Video
18:14
  "Qarabağ" "Kəpəz"lə oyunun hazırlığına başladı
17:59
  "Real" onu nələrin gözlədiyini bilmir" - Unai Emeri
17:31
  Reynaldo Qazaxıstan klubu ilə müqavilə bağladı
17:00
  Birinci divizionda sabahkı oyunlara hakim təyinatları
16:47
  "Neymar bunu istəmirsə, başqa idman növü ilə məşğul olsun" - Anri
16:22
  "Bilirik ki, irəli gedirik" - Dmitri Nazarov
15:48
  Qolun heyfini topdaşıyandan çıxdı - Video
15:38
  "Kəpəz"in durumu bizi məyus edir" - Dieqo Souza
15:21
  Daha bir idmançımıza dopinq cəzası
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore