"Real" PSJ-yə, "Liverpul" "Portu"ya qalib gəldi

"Real" PSJ-yə, "Liverpul" "Portu"ya qalib gəldi
GÜNDƏM 15 Fevral 2018 / 01:37 14742
-  A +

Çempionlar Liqasında  1/8 final mərhələsinin oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib.

Əsas diqqətlər Madridə yönəlib. Burada ÇL-in son qalibi "Real" cari mövsümün favoritlərindən olan PSJ-ni qəbul edib. Qarşılaşma İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında “Portu”  "Liverpul"u qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma gələn həftə keçiriləcək. 
 

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 0:5
Qol:
Sadio Mane, 25, Məhəmməd Salah, 29, Sadio Mane, 53, Firmino, 70, Sadio Mane, 85

23:45."Real" (İspaniya) - PSJ (Fransa) - 3:1
Qol:
Adrien Rabio, 34 (0:1), Ronaldo, 45 (1:1), 83 (2:1), Marselo, 87 (3:1)


13 fevral

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngitərə) 2:2

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4


Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı