“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi
XƏBƏR 14 Fevral 2018 / 00:45 948
-  A +

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandaz baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, “Sumqayıt” - “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza