Buffon ÇL tarixində 13-cü oldu

Buffon ÇL tarixində 13-cü oldu
XƏBƏR 14 Fevral 2018 / 00:26 2936
-  A +

Yanvarda 40 yaşını qeyd edən “Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Tottenhem”lə görüşdə start heyətində meydana çıxıb.
 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper qitənin ən mötəbər klub turnirində meydana çıxan yaşı 40-ı keçmiş sayca 13-cü futbolçu olub.

İtalyanlar arasında isə Buffon üçüncüdür. Ona qədər Marko Balotte (“Latsio”, 43 yaş, 252 gün) və Paolo Maldini (“Milan”, 40 yaş, 211 gün) 40 yaşından sonra ÇL çərçivəsində meydana çıxıb.

Qeyd edək ki, Balotte ÇL tarixinin ən yaşlı oyunçusudur.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı