Seneqallı futbolçu "Neftçi"yə keçir?

Seneqallı futbolçu "Neftçi"yə keçir?
ÖLKƏ FUTBOLU 13 Fevral 2018 / 10:14 4873
-  A +

"Neftçi" heyətinə daha bir futbolçu cəlb edə bilər.

Qol.az-ın Rusiyanın "TASS" agentliyinə istinadən yaydığı xəbərə görə, Moskova "Dinamo"su ilə icarə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən Xali Tiam Bakı klubunda oynaya bilər. Xəbərdə bildirilib ki, müqavilə ilə Macarıstan MTK-sına məxsus olan seneqallı hücumçunu xidməti ilə hazırkı klubu maraqlı deyil. Özünə yeni klub axtaran X.Tiamın "Neftçi"də icarə əsasında çıxış edə biləcəyi vurğulanıb.


Qeyd edək ki, 2014-cü ildə MTK-ya keçən Xali Tiam həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da icarə əsasında çıxış edib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı