"Öz mövqeyimdə dünyanın ən güclülərindən biriyəm" - Vidal

"Öz mövqeyimdə dünyanın ən güclülərindən biriyəm" -  Vidal
XƏBƏR 12 Fevral 2018 / 17:10 2020
-  A +

"Bavariya"nın futbolçusu Arturo Vidal komandada qalmaq istədiyini bildirib.

Qol.az-ın "Sport1.de"yə istinadən yaydığı xəbərə görə, çilili yarımmüdafiəçi iddialı açıqlama verib:

"Mən "Bavariya"da oynamağa layiqəm. Çünki öz mövqeyimdə dünyanın ən güclülərindən biriyəm. "Bavariya"dan getməyi düşünmürəm, burada özümü rahat hiss edirəm".

Qeyd edək ki, 30 yaşlı futbolçu 2015-ci ildən Münhen klubunda çıxış edir. O, bu mövsüm Bundesliqada  18 oyuna 6 qol vurub.


Son xəbərlər