Portuqaliya Avropa çempionu oldu - futzal tarixində ilk

Portuqaliya Avropa çempionu oldu -  futzal tarixində ilk
GÜNDƏM 11 Fevral 2018 / 02:03 5639
-  A +

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub.

Qol.az-ın məlumatına görə, Lyublyanada keçirilən həlledici qarşılaşmada Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtın sonuncu dəqiqəsində daha bir qol vuran Portuqaliya millisi 3:2 hesablı qələbə qazanmaqla tarixində ilk dəfə Avropa çempionu olub.

Buna qədər yalnız İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya (1) milliləri qitənin ən güclüsü adını qazanmışdılar.

Qitə birinciliyinin bürünc medallarına isə Rusiya yığması sahib çıxıb. Ruslar təsəlliverici finalda Qazaxıstandan üstün olublar – 1:0.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatında mübarizəni 1/4 finalda dayandırıb. Yığmamız Portuqaliyaya 1:8 hesabı ilə uduzmaqla qitə birinciliyi ilə vidalaşıb.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki