"Heç-heçə bizim üçün yaxşı nəticədir" - Qriqorçuk

"Heç-heçə bizim üçün yaxşı nəticədir" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 10 Fevral 2018 / 21:20 3386
-  A +

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 15-ci turunda "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.


- Çox yaxşı komandaya qarşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir. Rəqibin oyunçularının fərdi ustalıq qabiliyyəti çox yaxşı idi. Ancaq onları zərərsizləşdirə bildik. Nəticəni qənaətbəxş sayıram.

- Nəticəni qənaətbəxş saydığınızı dediniz. Bura heç-heçə üçün gəlmişdiniz?

- Əlbəttə, istəyərdik ki, bu matçda təkqapı oynayaq. Bu gün nəticədən razı qaldım. Mən artıq buna cavab verdim. “Qarabağ” da çempion olmaq istəyir. Buna görə, rəqib meydanında heç-heçə yaxşı nəticədir. Komandamdan razı qaldım.

- Dabonun zədəsi nə yerdədir?

- Hələ ki, heç nə bəlli deyil. Sabah ya birisigün onun vəziyyətinə aydınlıq gələcək.

- Qış fasiləsində Ekiqo Ehiosun komandanı tərk etsə də, hücum xəttinə transfer edilmədi. Bu, mövsümün gedişində komandaya problem yaratmayacaq ki?

- Əlbəttə, bizə hücumameyilli futbolçu lazımdır. Xüsusilə, “Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var. Ancaq bu cür futbolçunu tapmaq heç də asan deyil.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı