Klublarımız irəlilədi - dünya reytinqi

Klublarımız irəlilədi -  dünya reytinqi
ÖLKƏ FUTBOLU 10 Fevral 2018 / 13:46 3689
-  A +

Klubların yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın clubworldranking.com-a istinadən yaydığı  xəbərə görə, siyahıda Azərbaycanın 4 klubu yer alıb.

Ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Son siyahı ilə müqayisədə 3 pillə irəliləyən Ağdam təmsilçisi 1169 xalla  542-ci yerdədir. 

368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı, “Zirə” isə 217 xalla 839-cudur. “Keşlə” 4, “Qəbələ” 3, “Zirə” isə 2 pillə irəliləyib.

Siyahıya 17892 xalla Madrid “Rea”lı başçılıq edir. “Barsela” 15431 xalla 2-ci, “Atletiko” (Madrid) 13432 xalla 3-cü pillədədir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı