"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibəsində komandasının Antalya hazırlığından, Topaz Premyer Liqanın 15-ci turunda sabah "Sumqayıt"la keçiriləcək oyundan və digər məsələlərdən danışıb.
- Antalya toplanışı istədiyiniz kimi keçdi?
- Bəzi çatışmazlıqlarımız var idi. Toplanış zamanı da görünürdü. Əsas məqsəd də yoxlama oyunlarında bu nöqsanları tapıb, aradan qaldırmaq idi. Oyunlardan müəyyən nəticələr çıxardıq. Çatışmazlıqlar indi də var. Bunun üzərində işləyirik. Çalışacağıq ki, çempionat oyunlarında tədricən aradan qaldıraq.
- Topaz Premyer Liqada fasilə başa çatır. Sabah "Sumqayıt"la qarşılaşacaqsınız.
- Bilirik ki, "Sumqayıt" çempionatımızda ən əzmkar komandadır. Bunu kubok oyununda da göstərdilər. "Qarabağ" kimi komandanı mübarizədən kənarlaşdırdılar. Çətin oyunlardan biridir. "Sumqayıt" da Antalyada yaxı hazırlıq keçib. Bəzi yoxlama oyunlarını izləmişik. Evdə oynayacağıq, bir qədər üstünlüyümüz var. Ancaq yenə də çətin görüş olacağını düşünürəm.
- Komandanızda zədəli və ya cəzalı durumda olan futbolçular var?
- Anar Nəzirovla Jozef Bum zədəlidir. Riçard Qadze ilə Vüqar Mustafayev isə sarı vərəqə limitini doldurduqlarından cəzalı durumdadırlar.
- Kapitan Anar Nəzirov uzun müddətdir zədə səbəindən meydana çıxmır. Hazırda durumu nə yerdədir?
- Vəziyyəti yaxşıdır. Bir həftədən sonra tam hazır olacaq. Sadəcə, oyun təcrübəsi sarıdan əziyyət çəkir. Ona görə "Sumqayıt"la oyunda Kamal Bayramova şans verəcəyik. Anar isə əvəzedici komandada təcrübə toplayacaq.
- Dörd yerli, iki əcnəbi futbolçu transfer etdiniz. Baxışda olan bəzi futbolçular isə geri göndərildi. Yeni transferləriniz hansı keyfiyyətlərinə görə seçilirlər?
- Transferlərimizin hamısını izləyirdik. Onları bəyənmşdik. Qışda transfer etmək çətindir. Ona görə də icarəyə üstünlük verdik. Azad agent statusu olan futbolçular bizi qane etmədi. Bəzilərini baxışa çağırdıq, ancaq onlardan istədiyimizi ala bilmədiyimiz üçün geri göndərdik. Bizi qane edənləri heyətə cəlb etmişik. İnanıram ki, etimadı doğruldacaqlar.
- İstədiyiniz trasnferləri həyata keçirə bildiniz?
- Bildiyiniz kimi, komandanı bir neçə futbolçu tərk etdi. Demək olar ki, onların yerini doldura bildik.
- Bu gün Azərbaycanda qış trasnfer pəncərəsinin sonuncu günüdür. Gün ərzində yeni transferin olacağı mümükündür?
- Moldova millisinin üzvü Aleksandr Dedovla razılıq əldə etmişik. Bu gün Bakıya gələcək. 1.5 illik müqavilə imzalamaq fikrimiz var. Bir neçə futbolçu ilə hələ də danışıqlar gedir. Ola bilər ki, həmin futbolçulardan hansısa klubu ilə razılaşıb, bizə gəlsin. Ancaq bu dəqiqə cavab yoxdur.
- Çempionatın ikinci yarısından nə gözləmək olar?
- Təbii ki, çempionatımız fərqlənəcək. Bundan sonrakı oyunlar tam başqa cür olacaq. Bunu bütün mütəxəssislər deyir. "Kəpəz", "Keşlə" və "Səbail" heyətinə xeyli futbolçu cəlb edib. Hansı ki bu komandalar aşağı pillələrdə qərarlaşıb. İndi onlar da yuxarı yerlər uğrunda mübarizəyə qoşulacaq. Məncə, daha kritik oyunlar olacaq.
Ramiq AĞAMƏMMƏDOV
"Şalke" - "Mançester Siti": heyətlər
"Atletiko" - "Yuventus": heyətlər
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
"Real" Beyli satmağa hazırdır
"Qəbələ" - "Keşlə" : 48-ci duel
"Bizə ardıcıl 3-4 oyunda qələbə lazımdır" - Sarri
İkardi tibbi müayinədən keçdi
Bundesliqada 22-ci turun ən gözəl qolları - Video
"Qarabağ" "Sabah" üçün başladı
Kavani məşqlərə başladı
Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı
Xedira ürəyindən əməliyyat olundu
Emil Balayevdən inamlı oyun - Video
Klublar Komitəsi sədr seçəcək
"Benfika" baş məşqçisi ilə bağlı qərar verdi
Maluda İsveçrə klubunda
“Qarabağ”a qol vuran futbolçu Paşayevin komandasında
Biz geri, onlar irəli...
Ya Zidan, ya da Lempard – Sarrinin yerinə 2 namizəd
PSJ Diarra ilə yollarını ayırdı
"Fənərbaxça"nın "Zenit"lə oyun üçün heyəti - Valbuena yoxdur
Xedira heyətdən çıxarıldı - ürəyində problem var
Suares 16 oyundur qol vurmur
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
Çumbinyo yeni klubunda 1 ay qalmadı
"Atletiko"nun "Yuventus"la oyun üçün heyəti - siyahı
"0:0 təhlükəli hesabdır" - Valverde
"Çempionlar Liqasında belə oynamırlar” - Klopp
Avropa Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
"Hamımız yüz faiz hazırıq" - Ramil Şeydayev
"Enfild Roud"da qol olmadı - Video
"Lion" - "Barselona": Video
Emil "Rubin"ə qarşı 90 dəqiqə oynadı - qol buraxmadı
Çempionlar Liqasında qolsuz gecə
"Liverpul" - "Bavariya": start heyətlər
"Məndə futbol virusu var" - Venger
“Yuventus” hücumçusunu satdı
La Liqada yeni rekord
Şeydayev 77 dəqiqə oynadı