"Millimiz üçün yoldaşlıq oyunlarının harada olmasının fərqi yoxdur" - Elxan Məmmədov

"Millimiz üçün yoldaşlıq oyunlarının harada olmasının fərqi yoxdur" -  Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 9 Fevral 2018 / 14:00 2111
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- Futzal üzrə yığmamız AÇ-2018-in 1/4 final mərhələsində Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Millimizin qitə birinciliyindəki çıxışını necə dəyərləndirirsiz?

- Maksimuma doğru gedə bilmədilər. Amma düşünürəm ki, Avropa çempionatının final mərhələsinə düşməyin özü böyük nəticədir. Portuqaliya yığmasının dünənki nəticəsini gördükdən sonra deyə bilərəm ki,1/4 finalda bəlkə də çempiona uduzmuşuq. Çünki Portuqaliya artıq finaldadır, İspaniyaya qarşı oynayacaq. Məncə, bizim üçün bu mərhələdə dayanmaq faciəvi bir şey deyil. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Minimum nəticəni göstərdilər. Portuqaliya isə güclü komandadır, artıq finalçıdır. Bu komandaya uduzmaq çox tənqid olunası hal deyil.
 
- "Araz Naxçıvan”dan sonra futzal millimiz də 1:8 hesabı ilə uduzdu. Bunu futzal komandalarımız üçün uğursuzluq saymaq olarmı?
 
- Buna uğursuzluq deməzdim. Peşəkar futbolda artıq belə bir şey var ki, komandanın 0:2 və ya 0:5 hesabı ilə uduzmasının fərqi yoxdur. Biz gördük ki, qapıçımız çıxandan sonra Portuqaliya fürsətdən istifadə edib, son 3 qolu vurdu. Baş məşqçi üçün hansı hesabla uduzmaq önəmli deyildi. O, hesabda rəqibə çatmaq və onları keçmək istəyirdi. Hesab 1:4 olarkən, gördük ki, komandamızın rəqibə çatması üçün hər şey edirdi. Təəssüf ki, yığmamız bunu bacarmadı. Portuqaliya daha təcrübəli və ağıllı futbol oynadı.
 
- Sizcə, islahatlara ehtiyac varmı? İctimaiyyət millidəki braziliyalıların sayının azaldılmasını istəyir...
 
- Biz hər zaman çalışırıq ki, azərbaycanlıların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı futbolçu olmalıdır. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox da müsbət hal deyil. Bir mərhələ var ki, onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdır.
 
- Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov açıqlamasında deyib ki, lazım gəlsə, millimizə hindistanlılar və çukçaları da cəlb etməyə hazırdı...
 
- Məncə, bu, konstruktiv məsələ deyildi, daha çox emosional çıxış idi. Onun sözündə əsas məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdir. Çünki futzalda final mərhələsində hər bir komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odur ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçı Rövşən Hüseynlini xüsusilə qeyd etmək istəyirəm.

- Futbol üzrə yığmamız Makedoniya ilə yoldaşlıq oyununu Antalyada keçirəcək. Bu matçın Azərbaycan və ya Makedoniyada keçirilməsi mümkün deyildi?

- Əsas odu səfər olsun. Çünki Millətlər Liqasında qısa zamanda səfərdə 3 oyun keçirəcəyik. Buna görə də, baş məşqçi matçın harada keçirilməsinin fərqi olmadığını bildirdi. Üstəlik, Makedoniya da Antalyaya gedəcək. Orda onların təlim-məşq toplanışı olacaq. Biz də fürsətdən istifadə edəcəyik. Bu, futbolçularımız üçün təcrübə olacaq.

- Yoldaşlıq oyunlarındakı rəqiblərimiz Millətlər Liqasında D divizionunda yer alan komandalardan seçilir. Burda məqsəd potensial rəqibləri tanımaqdı?

- Bəli. Tamamilə doğru qeyd etdiniz.

Mənbə: Sportnet.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord