"Azərbaycan millisinin yaxşı şansı var" - Karambö

"Azərbaycan millisinin yaxşı şansı var" -  Karambö
ÖLKƏ FUTBOLU 9 Fevral 2018 / 13:18 4749
-  A +

"Azərbaycan paytaxtı kifayət qədər müasir şəhərdir. Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi yaxşı çıxış etdi. Növbəti mərhələdə daha yaxşı çıxış etmə şansınız var".

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin sabiq üzvü Kristian Karambö dünya kubokunun Azərbaycana gətirilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış veteran yarımmüdafiəçi Bakıda olmaqdan məmnun olduğunu bildirib:

"Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik".

Karambö Fransa yığmasının DÇ-2018-dəki şanslarını da dəyərləndirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı