Peres Zidanın əvəzinə ilk namizədi seçdi

Peres Zidanın əvəzinə ilk namizədi seçdi
DÜNYA FUTBOLU 8 Fevral 2018 / 15:00 6650
-  A +

"Real"da istefaya göndərilməsi gündəmdə olan baş məşqçi Zinəddin Zidanın əvəzinə namizədlər müəyyənləşib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres əsas namizəd kimi Almaniya millisinin çalışdırıcısı Yoahim Lövü seçib. Onun yeni mövsümdən "Real"da işləmək şanslarının yüksək olduğu bildirilib. Klub prezidentinin 58 yaşlı mütəxəssisin iş metodu və işə münasibətini çox bəyəndiyi vurğulanıb.

Qeyd edilib ki, əgər "Real" Lövlə razılığa gələ bilməsə, digər namizədlər - Massimiliano Alleqri, Maurisio Pokettino, Maurisio Sarri və Yurgen Kloppdan biri ilə danışıqlara başlanacaq.

Xatırladaq ki, Y.Lövün Almaniya Futbol Federasiyası ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Əlavə edək ki, "Real" hazırda La Liqada 39 xalla 4-cü pillədə qərarlaşıb. Madrid təmsilçisi lider "Barselona"dan 19 xal geridə qalır. İspaniya kubokunda mübarizəni dayandıran Zinəddin Zidanın komandası Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşılaşacaq.


Son xəbərlər