Dünya kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək

Dünya kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək
GÜNDƏM 8 Fevral 2018 / 11:45 3290
-  A +

FİFA Dünya çempionatının kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək.

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.
 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki