"Bavariya"nın kapitanı zədələndi

"Bavariya"nın kapitanı zədələndi
DÜNYA FUTBOLU 7 Fevral 2018 / 11:32 2412
-  A +

"Bavariya"nın kapitanı Tomas Müller sıradan çıxıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ölkə kubokunun 1/4 finalında "Paderborn"a qarşı matçda zədələnib. T.Müller 32-ci dəqiqədə Korentin Tolisso ilə məcburi əvəzlənib.

T.Müllerin durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Paderburn" - "Bavariya" görüşü Münhen təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər