Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
"Zenit"dən möhtəşəm qələbə - Video

Yazarlar
 Rəşad haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Avroliqada pley-offçular bəlli oldu
"Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
UEFA Superkubokunu "Atletiko" qazandı
Linklər
525ci Qəzet

"Neftçi"nin nəticələri adamı təəccübləndirir" – Mircavadov
A A A

[06.02.2018]
"Neftçi"nin nəticələri adamı təəccübləndirir" –<b style="color:red"> Mircavadov</b>

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis klublarımızın hazırlıq prosesini və Topaz Premyer Liqasının geridə qalan hissəsindəki şanslarını dəyərləndirib.


- Başlayaq "Qarabağ"dan. Antalya toplanışı çərçivəsində yoxlama oyunlarının heç birində qələbə qazana bilmədi...

- Bilirsiniz, gərək, klubların hazırlıq dövründə keçirdiyi oyunlarına canlı baxasan ki, informasiyan olsun. Biz bütün məlumatı mətbuatdan oxuyuruq. Qış fasiləsindəki hazırlıq bir qədər fərqli olur. Komandaların yoxlama oyunlarındakı nəticələri həyəcan yaratmamalıdır. Çünki qış fasiləsində klublar daha çox fiziki, taktiki-texniki məşqlərə üstünlük verirlər. Məncə, "Qarabağ"da əsas məsələ Dino Ndlovunun komandadan ayrılması oldu. Digər tərəfdən, müdafiənin mərkəzində də problem ola bilər. Çünki Bədavi Hüseynov hələ hazır deyil. Amma Qurban Qurbanov öz işini yaxşı bilir. Düzdür, komanda yoxlama oyunlarında qələbə qazan bilmədi. Amma bu o demək deyil ki, "Qarabağ" pis hazırlıq keçib. Hər şey çempionatın ilk turunda bilinəcək.

- Bəs "Qəbələ" haqda hansı fikirdəsiniz?

- Eşitdiyimə görə, 1-2 transfer etmək istəyirlər. Bir məqamı qeyd edim ki, klublarımız Antalyada güclü rəqiblərlə qarşılaşmağa çalışırdılar. Bu, yaxşı haldır. Çünki səviyyəli komandalarla oyunlarda çatışmazlıqlar daha tez üzə çıxır. "Qəbələ" güclü komandalarla görüşlərdə qüvvəsini sınayıb. Qriqorçukun müsahibəsini oxudum. Uduzduqları oyunda komandasından razı qaldığını deyib. Bu da başa düşüləndir. Deməli, istədiyini ala bilib.

- Yeri gəlmişkən, çempionatın 2-ci hissəsinin ilk turunda "Qarabağ" və "Qəbələ" üz-üzə gələcəklər...

- Bizi çox maraqlı oyun gözləyir. Əgər "Qarabağ" qələbə qazansa, xal fərqi bir az da aratacaq. Bu isə o deməkdir ki, intriqa azalacaq. Ancaq "Qəbələ" udsa, çempionluq yarışı yenidən qızışacaq. Bu mənada, fasilədən sonrakı ilk tur çox şey vəd edir.

- "Zirə"nin hazırlıq prosesi və hazırkı durumu 3-cü pillədəki mövqeyini qoruyub-saxlamağa imkan verəcək?

- Mən düşünürəm ki, "Zirə" 3-cü pilləni əldən verməyəcək. Komanda Antalyada yaxşı hazırlıq dövrü keçib. Çempionatın birinci hissəsində də pis təsir bağışlamadılar. Stabil komandadır, məncə, mövqeyini qoruyub-saxlayacaq.

- "Neftçi"də baş verənlərdən, yəqin ki, xəbərdarsınız. "Ağ-qaralar" Antalya toplanışı ərzində keçirdiyi bütün yoxlama oyunlarında məğlub oldular. Xüsusilə Rusiyanın "SKA-Xabarovsk" klubuna 1:8 hesablı məğlubiyyət geniş müzakirələrə səbəb oldu...

- "Neftçi"nin rəhbərliyi, məşqçiləri var. Onlar vəziyyəti məndən də yaxşı bilirlər. Yoxlama oyunlarında nəticə önəmli deyil. Mən özüm də baş məşqçi olanda əsas oyunu düşünürdüm. Komandanı inkişaf etdirib, çempionatda qələbə qazanmaq lazımdır. Düzdür, "Neftçi" bütün oyunlarda məğlub oldu. Biz həmişə "Neftçi"yə çox fikir vermişik. Çünki bizim tariximizdir. Hamı istəyir ki, "Neftçi" yaxşı olsun, birinci yer uğrunda mübarizə aparsın. Oyunlarına baxmamışam. Amma nəticələr adamı təəccübləndirir. Fasilədən sonra ilk oyunları "Kəpəz"lədir. Maraqlı oyun olacaq.

- "Kəpəz"dən söz düşmüşkən, bu komandada da ciddi dəyişikliklər oldu. Gəncə klubu da "Neftçi" kimi Antalyada biabırçı məğlubiyyətlə üzləşdi, Polşa "Yagelloniya"sına 1:8 hesabı ilə uduzdular. "Kəpəz"in şanslarını necə dəyərləndirisiniz?

- Fasilədə "Kəpəz"i xeyli futbolçu tərk etdi.Təxminən bir o qədər də transfer etdilər. Yeni komanda yaratmağa çalışırlar. Məncə, "Kəpəz" rəhbərliyi növbəti mövsümü fikirləşir, buna çalışır. Əsas məqsədləri növbəti mövsümdə uğurlu çıxış etməkdir. Çünki bir aya komanda düzəlmir. Qışda transfer çox çətin başa gəlir. Futbolçuların klubları ilə müqavilələri olur. Amma 1-2 mövqeni gücləndirmək olar. Məncə, Yunis Hüseynov da bunu düşünür. Dieqo Souzanı Azərbaycana ilk mən gətirmişəm. Çox istedadlı futbolçudur. Yunis onun iş qabiliyyətini bilir. Ona görə, də dəvət edib. Bu, yaxşı cəhətdir.

- Fasilədə heyətlə bağlı ciddi dəyişikliklər edən digər komanda "Keşlə" oldu. Yeni baş məşqçi, yeni futbolçular...

- "Keşlə"nin oyunlarına Bakıda baxmışam. Dəyişikliklər hiss olunur. Yuri Maksimov yeni məşqçidir. Axtarışları davam edir. Rauf Əliyevi transfer etmək istəyirdilər, razılığa gələ bilmədilər. Hücum xəttində problem var idi, onu legioner futbolçu ilə aradan qaldırdılar. "Keşlə"nin əsas hədəfi kubokdur. Avroliqaya yolları oradan keçir. Çempionatda isə yaxşı yerlərə heç bir ümidləri yoxdur. Hiss olunur ki, komanda həvəslidir. Üçüncü dövrənin startı bir çox suallara aydınlıq gətirəcək.

- "Sumqayıt"dan nə gözləmək olar?

- "Sumqayıt"dan hər şey gözləmək olar. Onlar həm 4-cü pilləyə iddialıdırlar, həm də kubokda şansları var. Sadəcə, sabit oynamalıdırlar. Burada psixoloji durum da önəmlidir. Kubokun yarımfinalında "Keşlə" ilə oynayacaqlar. Finala adlaya bilərlər. 4-cü yerdən Avroliqaya getmək şansları da qalır. Hər şey özlərindən asılıdır.

- Son olaraq, "Səbail" haqda da fikirlərinizi bilmək maraqlı olardı...

- Bakıda Samir Əliyevlə 1-2 dəfə görüşmüşəm. Problemləri var, özü də deyir. Yeni komandadır. Hər şeyi birdən-birə etmək olmur. Amma Samir işləyən oğlandır. Bir neçə çempionat oyunlarına baxmışam. Onlara da yaxşı futbolçular lazımdır. Düzdür, çox şey maliyyədən asılıdır. Sevindirici haldır ki, bu qış bütün klublar Antalyaya getdilər. Deməli, maliyyə durumları pis deyil. Nə qədər xarici klublarla oynasalar, bir o qədər inkişaf olar.

Elnur SALAHOV



3314 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
07.08.2018  12:52 "BATE PSV-dən daha çətin rəqibdir" - Əfran İsmayılov
17.07.2018  14:48 Yuri Maksimovdan istefası ilə bağlı sensasiyalı açıqlamalar
16.07.2018  16:00 “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
16.07.2018  11:56 "Hələ heç nə itirilməyib " - Amil Yunanov
10.07.2018  15:25 “Almeyda ab-havasını dəyişməli, “Qarabağ”a yeni nəfəs lazım idi”
17.06.2018  18:56 "Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
17.06.2018  13:07 "Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
07.06.2018  14:15 “Orda mənə özgə malı kimi baxmağa başladılar” – Vaqif Cavadov
05.06.2018  12:05 "Qriqorçuk yerli futbolçulara qənim kəsilmişdi" - Elvin Məmmədov
04.06.2018  13:29 "Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
30.05.2018  13:27 “Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
 
 
  17.08.18
11:02
  "Qarabağ"ın "Şerif"lə oyunlarının saatı açıqlandı
10:35
  Avroliqada pley-off mərhələsinin cütləri
10:12
  Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
09:44
  "Zenit"dən möhtəşəm qələbə - Video
02:00
  “Barselona”nın müdafiəçisi Fransa klubunda
01:43
  Çex “Çelsi” ilə oyunda start heyətində yer alacaq
01:23
  Avroliqada pley-offçular bəlli oldu
01:09
  “O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”
00:51
  “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
00:36
  “Proqres” Rusiya futbolu tarixinə düşdü
00:17
  “Yaxşı heyətimiz var” - Marselo
00:00
  “Zenit”dən fantastik “come back”
  16.08.18
23:00
  Mourinyo "Başakşəhər"in düşərgəsində - Şəkil
21:35
  Uruqvay millisinin üzvü "Milan"da
20:55
  "Yuventus"da yeni müqavilə
20:14
  Qola bərabər ötürmələr - Video
19:40
  "Barselona"nın futbolçusu İtaliya klubunda
19:10
  "Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə
18:40
  Luis Enrikenin köməkçiləri müəyyənləşdi
18:18
  "Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli
18:02
  "Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
17:49
  Bu həftənin xilaskar qapıçıları - Video
17:20
  Lukaku millidən gedəcəyi vaxtı açıqladı
16:59
  "Fənərbaxça"nın futbolçusu A seriyası klubunda
16:35
  "Arsenal"ın yeni kapitanı nə vaxt qayıdır?
16:10
  Əsədov beynəlxalq federasiyada yüksək vəzifəyə seçildi
15:54
  La Liqanın bəzi oyunları ABŞ və Kanadada keçiriləcək
15:20
  “Qarabağ” haqda...
15:14
  PSJ yeni transferi ilə müqavilə imzaladı
14:50
  Birinci divizionda mövsümün tam təqvimi
14:29
  Şeydayev Rusiya Premyer Liqa klubunda - qol vurdu
13:59
  "Millidən getməyi düşünürdüm, amma.." - Toni Kroos
13:28
  Poqbanın "Barselona" israrı
13:05
  "Arsenal"ın qapıçısı "Napoli"də
12:41
  Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi
12:15
  “Qafqazinfo” 8-ci qolu vurdu…
12:14
  Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı
11:53
  De Brüynenin son durumu - neçə ay oynamayacaq?
11:29
  İstanbulda keçiriləcək UEFA superkubokunun vaxtı açıqlandı
11:11
  Avroliqanın oyunları - Etopaz-da
10:52
  Simeone superkubok zəfərindən danışdı
10:15
  Avropanın ən güclüsü! - Şəkillər
09:48
  "Atletiko" bizi cəzalandırdı" - Lopeteqi
01:55
  "Real" - "Atletiko" oyununda 6 qol - Video
01:33
  UEFA Superkubokunu "Atletiko" qazandı
01:00
  Dieqo Kostadan tarixi qol
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  15.08.18
23:00
  "Barselona" "Boka Xuniors"a qalib gəlib kubok qazandı
22:15
  "Real" - "Atletiko": heyətlər
21:39
  O da millidəki karyerasını başa vurdu
20:59
  "Kapitan olmaq böyük şərəfdir" - Lionel Messi
20:18
  "Mançester Siti"də ciddi itki
19:29
  Ronaldo "Yuventus"da növbəti qolunu vurdu
18:48
  Ndlovudan 11-ci qol
18:25
  Orxan Sadıqlı "Sumqayıt"da – rəsmi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore