"Yunis Hüseynov bacarığıma bələddir" - "Kəpəz"in yeni transferi

"Yunis Hüseynov bacarığıma bələddir" -  "Kəpəz"in yeni transferi
XƏBƏR 23 Yanvar 2018 / 21:50 6004
-  A +

“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kəpəz”in yeni transferi Tural Nərimanov klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı futbolçu Gəncə klubuna keçidi haqda danışıb: “Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddir. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.

“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Mərkəz müdafiəçisi  əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın