"Sevilya" "Barselona"nın futbolçusu ilə razılığa gəldi

"Sevilya" "Barselona"nın futbolçusu ilə razılığa gəldi
XƏBƏR 23 Yanvar 2018 / 18:15 5124
-  A +

"Barselona"nın futbolçusu Aleiks Vidal "Sevilya"ya keçə bilər.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, "Sevilya" 28 yaşlı müdafiəçi ilə razılığa gəlib.

Ancaq klub Kataloniya təmsilçisi ilə hələ də razılığa nail ola bilməyib.

"Sevilya" ispan oyunçunu əvvəlcə icarəyə götürmək, mövsümün sonu isə 8 milyon avro ödəyərək birdəfəlik almaq istəyir. Ancaq "Barsa" Vidalı 12 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, A.Vidal 2015-ci ildə məhz "Sevilya"dan "Barselona"ya transfer olunub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı