"Futbolçuların yarısı oyunlara pul qoyur"

"Futbolçuların yarısı oyunlara pul qoyur"
XƏBƏR 23 Yanvar 2018 / 17:57 4191
-  A +

Bir müddət öncə oyunlara pul qoyuluşu etdiyi üçün futboldan kənarlaşdırılan Coy Barton maraqlı fikirlər səsləndirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, ingilis yarımmüdafiəçi futbolçuların yarısının mərc oyunları ilə məşğul olduğunu bildirib. 35 yaşlı futbolçu bildirib ki, pul qoyuluşu etməyi oyunların nəticəsinin manipulyasiyası ilə qarışdırmaq olmaz:

"Peşəkar futbolçuların yarısı mərc oyunları ilə yaxından maraqlanır. Matçlara pul qoyuluşu etmək futbolçular arasında artıq ənənə halını alıb. Bunu oyunların nəticələrinin manipulyasiyası ilə qarışdırmaq olmaz. Bununla bağlı federasiya bəzi dəyişikliklər etməldir".

Qeyd edək ki, 10 ildə 1260 oyuna pul qoyuluşu etdiyi aşkarlanan Barton 18 ay müddətinə futboldan kənarlaşdırılıb. Ancaq sonradan apellyasiya şikayəti verən futbolçunun cəzası 5 aya endirilib.


Son xəbərlər