Millətlər Liqasının püşkatması - "CBC Sport"da

Millətlər Liqasının püşkatması - "CBC Sport"da
XƏBƏR 23 Yanvar 2018 / 17:18 6938
-  A +

Sabah İsveçrənin Lozanna şəhərində atılacaq UEFA Millətlər Liqasının püşkatma mərasimi canlı yayımlanacaq.

Qol.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasim "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq. Millimiz D divizionunda mübarizə aparacaq.

Əlavə edək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki