"Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm" - Nazarov

"Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm" - Nazarov
XƏBƏR 23 Yanvar 2018 / 13:34 3026
-  A +

"İstirahətim yaxşı keçdi. Yenə Abu-Dabiyə getmişdim. Orada hava günəşli idi. Artıq hazıram".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Dmitri Nazarov deyib. Almaniyanın 2-ci bundesliqa təmsilçilərindən "Aue"nin şərəfini qoruyan yarımmüdafiəçi "tag24.de" saytına açıqlamasında növbəti dəfə öz oyunu ilə "partlayış" edəcəyinə inandığını bildirib:

"Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm. Komandama kömək edə biləcəyimə inanıram. Fasiləyə qədər bəzi uğursuz oyunlarımız olsa da, xallar qazana bildik. Bir çox komandadan üstün tərəflərimiz var. Çempionatda qalmaq uğrunda mübarizədə rəqiblərimiz "Darmştadt", "Braunşveyq", "Kayzerslautern" və "Qreyter Fürt" olacaq. Ağıllı şəkildə işləməyə davam etməliyik".

Nazarov ötən mövsüm qış fasiləsindən sonra sərgilədiyi oyunla komandasının 2-ci bundesliqada qalmasında vacib rol oynamışdı.

Qeyd edək ki, "Aue" çempionatın 19-cu turu çərçivəsində, yanvarın 24-də "Düsseldorf"un qonağı olacaq. Nazarovun komandası 18 turdan sonra 13-cü pillədə yer alır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı