Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir

Yazarlar
 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
Aydın BAĞIROV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qarabağ" - Şəkillər
Top 5
"Bavariya"dan darmadağın, Londonda heç-heçə
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
"Qarabağ"ın futbolçusu "Fənərbaxça"da
"Şaxtyor" qalib gəldi, "Sevilya" "Mançester Yunayted"lə heç-heçə etdi
Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
Linklər
525ci Qəzet

“Birinci divizion gözlədiyimdən də maraqlıdır” - Arif Əsədov
A A A

[23.01.2018]
“Birinci divizion gözlədiyimdən də maraqlıdır” - <b style="color:red">Arif Əsədov</b>

Birinci divizionda mübarizə aparan “Sabah” klubunun baş məşqçisi Arif Əsədov Qol.az saytına müsahibə verib. Komandasının “Qaradağ-Lökbatan”la yoxlama oyunundakı çıxışını dəyərləndirən mütəxəssis vaxtı ilə çalışdırdığı “Neftçi”nin dünən Rusiyanın “Ska-Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyətini də şərh edib.

- Yoxlama oyununda “Qaradağ-Lökbatan”a 1:2 hesabı ilə uduzdunuz. Əvvəlcə həmin qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdim...

- Bu, bizim artıq 3-cü yoxlama oyunumuz idi. Hazırlığın ikinci mərhələsinə qədəm qoymuşuq. Ayın 19-dan 28-nə kimi olan mərhələnin ilk 3 günündə əsasən fiziki yüklənmələrə yönəlmiş məşqlər edir, bəzi taktiki gedişlərində də üzərində işləyirdik. Oyuna gəldikdə, tam razı qalmasam da, 60-70 faiz istədiyimizi ala bildik. Uduzmağımıza baxmayaraq, oyunun gedişatı məni qane etdi. İlk 20-25 dəqiqəni çıxmaq şərtilə, komanda yaxşı təsir bağışladı. Rəqib birinci divizionun lideridir. Ona görə də bizim üçün yaxşı sınaq oldu.

- Türkiyədə təlim-məşq toplanışınız nəzərdə tutulmuşdu. Niyə alınmadı?

- Biz Türkiyə toplanışı planlaşdırmamışdıq. Bu söhbətin hardan çıxdığını bilmirəm. Seleksiya xarakterli birinci mərhələ Bakıda, ikinci mərhələ isə “Əlincə” stadionunda olmalı idi. Hazırda da təlim-məşq toplanışı plan üzrə gedir. Sadəcə, ehtiyac duyularsa, 3-cü mərhələ Türkiyədə ola bilərdi. Amma 100 faizlik bir şey yox idi.


- Artıq bir müddətdir, birinci divizionda işləyirsiniz. Ümumiyyətlə, Premyer Liqadan sonra aşağı dəstədə çalışmaq necədir?

- Bura gözlədiyimdən də maraqlıdır. Divizionda daha çox iş var. Bir məşqçi nəyisə sıfırdan etmək istəyirsə, aşağı dəstə onun inkişafı üçün vacib yerdir. Bilirsiniz ki, “Sabah” yeni yaranmış komandadır. Hər şeyə sıfırdan başlamışıq. Özüm də belə şeyləri xoşladığım üçün divizionda işləmək mənə maraqlı gəlir.

- “Sabah”ın hədəfləri nədən ibarətdir?

- “Sabah”ın yaradılması 3 illik layihədir. İlk ildə komandanın formalaşdırılması nəzərdə tutulub. Amma seçimlərimizin yaxşı olmaması birinci dövrədə nəticələrimizə təsir göstərdi. Hazırda komandanı gücləndirməyə çalışırıq ki, mərhələli şəkildə məqsədə çataq.

- Dünən sabiq komandanız “Neftçi” yoxlama oyununda Rusiya çempionatının autsayderlərindən “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzdu...

- Oyunu izləyə bilmədim. Çünki həmin vaxt özümüz yoxlama matçı keçirirdik. Sadəcə, nəticəni gördüm.

- Nəticəni görəndə hansı hissləri keçirdiniz?

- Əlbəttə, yaxşı nəticə deyil. Amma nəzərə alaq ki, bu hazırlıq oyunudur. Belə matçların öz məqsədi var. Baş məşqçi komandadakı boşluqları görməyə çalışır. Komandanın içində olmadığım üçün nəyisə detallarla deyə bilmirəm. Nəticə baxımından uğursuz olsa da, yoldaşlıq oyunudur. Buna ən yaxşı komandanın baş məşqçisi özü şərh verə bilər. Biz isə sadəcə kənardan izləyirik.

- “Neftçi”nin son illərdəki uğursuzluğunun səbəbini nədə görürsünüz?

- Bu haqda çox danışılıb. Təkrarlamaq istəməzdim. Gəlin pozitiv danışaq ki, o uğursuzluqlar arxada qalsın və daha uğurlu qrafik cızsın ki, yenidən əvvəlki “Neftçi” qayıtsın.

- “Neftçi” çempionatda istədiyi yerdə olmasa da, ölkə kubokunda yarımfinaldadır. Komandanın kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, həmin uğurlu yollardan biri elə kubokun yarımfinalına çıxmalarıdır. Kuboku qazana biləcəklərinə şübhəm yoxdur. Çünki 4 komandanın içində potensiallılardan biri də “Neftçi”dir. Kuboku qazandıqdan sonra əvvəlki ab-havanı qaytara bilər. Yəni, şansı var.

Elnur SALAHOV

2512 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
20.02.2018  15:03 "Gördüm futbolçum səhv edir, vurdum" - Ramin Musayev
19.02.2018  14:59 “Qurban küsəyəndi, aylarla zəng eləmir” – Ramin Musayev
19.02.2018  11:40 "O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" - Qara Qarayev
16.02.2018  17:55 "Bütün rəqiblərimizi məğlub etməliyik" - Ruslan Qurbanov
15.02.2018  18:15 "Onunla çox qələbələr qazanacağıq" - Denis Silva
12.02.2018  13:50 “Bəli, bizdə futbolçunu artıq çəkiyə görə cərimələyirlər”
12.02.2018  11:57 "Tüpürsəydi, Əliyar Ağayev qırmızı vərəqə göstərərdi"
09.02.2018  17:30 "Bundan sonra oyunlar tam başqa cür olacaq" - Ayxan Abbasov
08.02.2018  17:57 "Azərbaycan çempionatı bizimkindən güclüdür"
08.02.2018  14:46 "Maksimov futbolçunu qışqırmaqla yox, sakit tərzdə başa salır"
07.02.2018  19:31 "Azarkeşlərin əlindən şəhərə çıxmaq olmur" – Amit Quluzadə
07.02.2018  14:05 “Onsuz da nə vaxtsa “Qarabağ”la qarşılaşmalıyıq” – Asif Məmmədov
06.02.2018  12:29 "Neftçi"nin nəticələri adamı təəccübləndirir" – Mircavadov
05.02.2018  13:00 "Qarabağ”la adımız eyni olduğundan onları qardaşlarımız kimi görürük”
04.02.2018  13:44 "Bəlkə də milliyə layiq olmadığım üçün çağırmayıblar" – Emil Balayev
01.02.2018  17:30 “Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” – Bədavi Hüseynov
01.02.2018  12:40 “Yunis Hüseynov mənə ata kimidir” - Dieqo Souza
01.02.2018  10:30 “Aldanmaq lazım deyil, “Neftçi” tam güclənib” - Rail Məlikov
31.01.2018  12:18 “Əliyar Ağayevə paxıllıq etmirəm” – Rəhim Həsənov
31.01.2018  00:01 “10 ballıq sistemlə hamıya “7” verərdim” – Maksim Medvedev
 
 
  22.02.18
02:20
  Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir
02:00
  "Mançester Yunayted" İspaniyadan qolsuz qayıdır - Video
01:54
  "Şaxtyor" "Roma"nı məğlub yola salır - Video
01:40
  "Şaxtyor" qalib gəldi, "Sevilya" "Mançester Yunayted"lə heç-heçə etdi
00:40
  "Real" səfərdən 3 qolla dönür - Video
00:10
  MOİK mərhələni bir qolla keçdi - Video
  21.02.18
22:56
  Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
22:34
  Messinin Çempionlar Liqasında qol vura bilmədiyi komandalar
21:18
  Kamran Quliyev "Neftçi"nin məşqini izlədi - Video
20:53
  "İtaliya millisindən təklif alsam..." - Ranyeri
19:45
  Ceko "Milan"ın hədəfində
19:23
  "Demək olar ki, het-trik etdim" - Villian
18:40
  Balotelli: "Putin, hardasan?" - Video
18:14
  "Qarabağ" "Kəpəz"lə oyunun hazırlığına başladı
17:59
  "Real" onu nələrin gözlədiyini bilmir" - Unai Emeri
17:31
  Reynaldo Qazaxıstan klubu ilə müqavilə bağladı
17:00
  Birinci divizionda sabahkı oyunlara hakim təyinatları
16:47
  "Neymar bunu istəmirsə, başqa idman növü ilə məşğul olsun" - Anri
16:22
  "Bilirik ki, irəli gedirik" - Dmitri Nazarov
15:48
  Qolun heyfini topdaşıyandan çıxdı - Video
15:38
  "Kəpəz"in durumu bizi məyus edir" - Dieqo Souza
15:21
  Daha bir idmançımıza dopinq cəzası
14:54
  Ronaldo bu gün oynamayacaq
14:25
  "Roma"nın "Şaxtyor"la oyun üçün iştirak ərizəsi - siyahı
14:10
  "Araz Abdullayev "Anortosis"i xeyli gücləndirib"
13:55
  Rəşad Sadiqov və Samir Abasovun cəzaları açıqlandı
13:49
  AFFA-dan Qəbələdəki qalmaqalla bağlı sərt qərarlar
13:38
  Biz niyə öz futbolumuzu sevmirik?
13:29
  "Tərlan Əhmədov bəyənsə, müqavilə bağlanacaq" - "Neftçi"nin yeni idman direktoru
13:06
  "Barselona"yla açıq futbol oynamaq düzgün deyil”- Konte
12:44
  "Samir Abasovun “Neftçi”yə gəlişi hazırda müzakirə olunmur” – Kamran Quliyev
12:24
  Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
12:00
  "Neftçi"də növbəti təyinat
11:48
  Etopaz-da günün canlı oyunları
11:39
  Mateo Mujek Qazaxıstan klubunda
11:29
  "Beşiktaş" 0:5 hesablı məğlubiyyətə layiq deyil" - Haynkes
11:07
  "Şansımız demək olar ki, qalmayıb"- Şenol Günəş
10:46
  "Kəpəz" "Qarabağ" üçün başladı
10:11
  "Neftçi" xorvat oyunçu ilə yolları ayırdı - rəsmi
09:45
  Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
01:59
  “Beşiktaş”dan böyükhesablı məğlubiyyət - Video
01:47
  “Çelsi” qələbəni əldən verdi - Video
01:36
  "Bavariya"dan darmadağın, Londonda heç-heçə
01:22
  Holland müdafiəçi “İnter”ə keçir
00:27
  Millimizin sabiq üzvü üçün 76 dəqiqə
  20.02.18
22:57
  "Çelsi" - "Barselona": start heyətlər
22:40
  Sabiq "Qəbələ"li Serbiya klubunda
21:30
  Koutinyonun evi qarət olundu
20:40
  Qvardiola gözlənilməz məğlubiyyət haqda: "Alınmadı"
20:07
  "Bavariya"nın sponsoru dəyişir
19:30
  "Milan"ın sahibi müflis oldu
18:28
  “Çelsi”nin üzvü ilin futbolçusu seçildi
18:00
  Modriç və Marselo PSJ-yə qarşı oynayacaq?
17:45
  Azərbaycan - Makedoniya: başlama saatı bilindi
17:28
  Premyer Liqamızda oyunların başlama saatı açıqlandı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore