Azərbaycan - Gürcüstan oyununda bərabərlik

Azərbaycan - Gürcüstan oyununda bərabərlik
ÖLKƏ FUTBOLU 23 Yanvar 2018 / 20:56 8842
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumtına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Millimiz avtoqol sayəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. 

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində “Alanyaspor” klubunun U-21 komandasına  qalib (3:1) gəlib, Albaniyanın U-20-nə məğlub  (0:1) olub.


Millimizin start heyəti:
 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord