“Qəbələ” günü 2 məşqlə başa vurdu

“Qəbələ” günü 2 məşqlə başa vurdu
XƏBƏR 23 Yanvar 2018 / 00:19 1254
-  A +

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 2-ci gününü başa vurub.

Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günü iki məşqlə yekunlaşdırıb. Futbolçular səhər məşqini fitnes zalında keçirib. Onlar fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.

Günün ikinci yarısında isə oyunçular meydanda məşq ediblər. Onlar toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı