“Atam bəzən axmaq-axmaq danışır” – Eden Hazard

“Atam bəzən axmaq-axmaq danışır” –  Eden Hazard
XƏBƏR 22 Yanvar 2018 / 12:55 5189
-  A +

“Çelsi”nin futbolçusu Eden Hazard atasının onun “Real”a keçmək istədiyi üçün klubunun təklfini rədd etməsi ilə bağlı dediyi fikirlərə münasibət bildirib.

Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi atasının bəzən bu cür axmaq sözlər danışdığını deyib:

“Bəzən atam axmaq-axmaq danışır. Mən onunla bu barədə söhbət etdim. Mənim “Çelsi” ilə 2 illik müqavilməm var. Burda hər şeydən məmnunam. Artıq 10 dəfə demişəm ki, mövsümün sonunda qərar verəcəm. Ancaq qeyd etdiyim kimi, “Çelsi”də hər şey məni qane edir”.

Qeyd edək ki, İspaniya mətbuatı da 2012-ci ildən London klubunda çıxış edən Hazardı "Real"ın transfer etmək istədiyini yazıb.  

Son xəbərlər