"Kəpəz" Hacının komandası ilə heç-heçə etdi

"Kəpəz" Hacının komandası ilə heç-heçə etdi
GÜNDƏM 22 Yanvar 2018 / 14:46 5902
-  A +

"Kəpəz" Antalyadakı təlim-məşq toplanış çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Gəncə təmsilçisi Rumıniyanın "Viitorul" klubu ilə qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Kəpəz"in qolunu kapitan Şəhriyar Rəhimov vurub.

Qeyd edək ki, sahibi və baş məşqçisi “Qalatasaray”ın sabiq futbolçusu George Hacı olan "Viitorul" hazırda Rumıniya çempionatında 34 xalla 14 komanda arasında 6-cı yerdədir.

Xatırladaq ki, “Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.
 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord