“Real” “Deportivo”ya master-klass keçdi – 7 qol vurdu

“Real” “Deportivo”ya master-klass keçdi – 7 qol vurdu
GÜNDƏM 21 Yanvar 2018 / 21:12 8178
-  A +

Bu gün La Liqada 20-ci turun oyunları davam etdirilib.

Qol.az-ın xəbərinə görə, Madriddə “Deportivo”nu qəbul edən “Real” rəqibini darmadağın edib – 7:1.

Kriştiano Ronaldo, Qaret Beyl və Naço Fernandez matçda hamıdan çox – hərəyə 2 qol vurub.

“Real” – “Deportivo” – 7:1
Qollar:
Adrian Lopez, 23 (0:1), Naço, 32 (1:1), Qaret Beyl, 42 (2:1), 58 (3:1), Luka Modric, 68 (4:1), Ronaldo, 78 (5:1), 84 (6:1), Naço, 88 (7:1)

19 oyundan 35 xalı olan “Real” turnir cədvəlində 4-cü, “Barselona” isə 19 oyundan 51 xalla 1-ci yeri tutur.

Daha çox


Son xəbərlər