"Siz buna görə mənə pul ödəməlisiniz" – Dani Kintana

"Siz buna görə mənə pul ödəməlisiniz" – Dani Kintana
ÖLKƏ FUTBOLU 21 Yanvar 2018 / 15:12 8792
-  A +

Polşa mətbuatı dünən "Qarabağ"la "Lexiya" arasında keçirilən yoxlama oyunundan yazıb.

Qol.az-ın məlumatına görə, “przegladsportowy.pl” saytı matçın gedişində baş verən maraqlı hadisələrə yer verib. Əvvəlcə 2 komandanı müqayisə edən polşalı həmkarlarımız bütün çətinliklərə baxmayaraq, “Lexiya”nın Çempionlar Liqasının iştirakçısı ilə oyunda uduzmamasını yüksək qiymətləndiriblər. Daha sonra isə polşalı futbolçu Slavomir Peşkonun qırmızı vərəqə aldığı epizodu şərh ediblər:

“Oyunun başa çatmasına 10 dəqiqə qalmış Sebastyan Miladan ötürməni qəbul edən Slavomir Peşkonın zərbəsini qarşısını rəqib müdafiəçi aldı. Top meydanı tərk etdikdən sonra Peşko onun ayağına vurdu. Çox keçməmiş “Qarabağ”ın bir neçə üzvü futbolçunu mühasirəyə aldı. Hətta rəqib futbolçulardan biri Peşkoya qışqıraraq “Niyə belə edirsən?” dedi. Hakim də polşalıya qırmızı vərəqə göstərdi”.

Polşalı jurnalistlər vaxtı ilə ölkələrində çıxış etmiş, hazırda "Qarabağ"da oynayan Dani Kintana, Donald Gerye və Yakub Jezniçakı xüsusi vurğulayıblar: “Dani oyundan öncə zarafatından qalmadı. İspan futbolçu “Lexiya”nın atributunu tribunada oturan futbolçulara vermək üçün onlara tərəf qaçdı və gülərək “Siz buna görə mənə pul ödəməlisiniz” dedi. Yakub Jezniçak müdafiənin mərkəzində çox yaxşı oynadı. Hiss olunur ki, komandanın əsas üzvlərindən biridir. Hətta epizodların birində topa vacib müdaxiləsindən sonra komanda yoldaşları “Bravo, maestro” deyə onu təriflədi.

Gerye ikinci hissədə meydanı tərk etdi. O, oyunun sonuna bir neçə dəqiqə qalmış komanda yoldaşlarına Sebastian Milanı göstərib dedi: “Bu insanı görürsünüz? Mən Polşada oynayanda o ulduz idi. Meydanda istədiyini edirdi. Bu gün də yaxşı idi, amma o artıq qocalıb”.

Qeyd edək ki, “Lexiya” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər