Koutinyo "Barselona"nın məşqində

Koutinyo "Barselona"nın məşqində
XƏBƏR 21 Yanvar 2018 / 12:09 7032
-  A +

"Barselona"nın yeni transferi Filipe Koutinyo gələn həftə Kataloniya klubunda debüt edə bilər.

Qol.az-ın klubun rəsmi "Twitter" hesabına istinadən yaydığı məlumata görə, braziliyalı yarımmüdafiəçi ilk dəfə komanda ilə birlikdə məşqdə sona qədər iştirak edib. Onun "Espanyol"la Kral Kubokunun 1/4 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) meydana çıxacağı gözlənilir. Komandalar arasında cavab görüşü yanvarın 24-də "Nou Kamp"da keçiriləcək.

Qeyd edək ki, "Liverpul"dan transfer olunan Koutinyo bud nahiyyəsindəki zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı