Azərbaycan Albaniyaya uduzdu

Azərbaycan Albaniyaya uduzdu
ÖLKƏ FUTBOLU 21 Yanvar 2018 / 20:48 10314
-  A +

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi milli 2-ci yoxlama oyununda Albaniyanın U-21 komandası ilə qarşılaşıb. İlk oyunda “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət yığmasını 3:1 hesabı ilə məğlub edən millimiz növbəti görüşdə uduzub - 0:1. Komandamızın qapısına yeganə qol ikinci hissədə vurulub.

Komandamız növbəti oyununu yanvarın 23-də Gürcüstanın U-21 yığmasına qarşı keçirəcək.


Yoxlama oyunu

21 yanvar

19:00. Azərbaycan U-21 – Albaniya U-21 - 0:1

Azərbaycan (əsas heyət):
12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (k), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev

Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın