“Qarabağ” güclü olsa da...”

“Qarabağ” güclü olsa da...”
XƏBƏR 21 Yanvar 2018 / 00:59 5439
-  A +

“Rəqib güclü komanda olsa da, bizi xüsusi bir şeylə təəccübləndirmədi. Bu matç sayəsində biz Türkiyədəki hazırlıq prosesimizi praktikada sınaqdan çıxarmalı idik. Oyun doğru yolda olduğumuzu göstərdi".

Qol.az-ın məlumatına görə, bunu Polşanın "Lexiya" komandasının futbolçusu Daniel Lukaşik Antalyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisindən daha yaxşı oyun gözləyib:

"İlk yarıda, xüsusən, 30-cü dəqiqəyədək biz hökmranlıq edirdik. Rəqib təzyiqlərimiz qarşısında nə edəcəyini bilmirdi. Biz meydanın mərkəzində topa nəzarət edir və səmərəli oyun sərgiləyirdik. Lakin hissənin sonlarına doğru yorulduğumuzdan, sürət aşağı düşdü. Nəticədə "Qarabağ" təşəbbüsə yiyələndi. İkinci hissənin əvvəllərində isə səhvə yol verdik və qapımızdan top buraxdıq. Lakin zaman keçdikcə, topa nəzarəti bərpa etdik və hesabda tarazlıq yaratdıq".

Qeyd edək ki, 58-ci dəqiqədə Dani Kintananın qoluna 85-ci dəqiqədə Flavio Payşao cavab verib (sportnet.az).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki