Dəniz Yılmaz debüt edə bilmədi

Dəniz Yılmaz debüt edə bilmədi
XƏBƏR 20 Yanvar 2018 / 17:10 2094
-  A +

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi” səfərdə “Karabükspor”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Bir neçə gün öncə “Bursaspor”dan transfer olunan Dəniz yeni klubundakı ilk oyunda meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Gənclərbirliyi"  17 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər