“Keşlə”nin Vyana “Qarabağ”ından icarəyə götürdüyü Nemanya Stoyanoviç Qol.az saytına müsahibə verib.
- Artıq “Keşlə”də qalacağın dəqiqləşib. Komanda ilə bağlı təəssüratların necədir?
- “Keşlə” yaxşı komandadır. Burada gördüklərim məni qane edir. Yaxşı baş məşqçimiz, şəraitimiz var. Özünüz də görürsünüz ki, komanda baxımlı futbol oynayır. İnanıram ki, mövsümün ikinci hissəsində daha yaxşı “Keşlə” görəcəyik.
- “Qarabağ”dan icarəyə götürülmüsən. Belə çıxır ki, yayda “Keşlə”dən ayrılacaqsan...
- Hələ bilmirəm. Nəyin necə olacağını zaman göstərəcək. Burada qala da bilərəm, “Qarabağ”a qayıda da. Hər şey mənim özümü necə göstərməyimdən asılıdır.
- “Keşlə”yə gəlişin necə alındı?
- “Qarabağ”da hamı mənim daha da inkişaf etməyimi istəyirdi. Həmişə mənim daha yüksək səviyyədə çıxış etməli olduğumu deyirdilər. Təklif gəldi, onlar da mənə görə razılıq verdilər. Məhz bu səbəbdən indi burdayam.
- Bura gələnə qədər Azərbaycan Premyer Liqası və ya klubları barədə məlumatın var idi?
- Əlbəttə, çox eşitmişdim. Azərbaycanda tanıdığım ilk klub “İnter” olub. Bir neçə il öncə avrokuboklarda “Partizan”la qarşılaşıblar. Ümumiyyətlə, bir çox komandalarınız Serbiya klublarına qarşı oynayıblar.
- Azərbaycanda hazırda da serbiyalı futbolçular çıxış edir. Bura gələndə onlarla məsləhətləşmisən?
- Yox, heç kimlə danışmamışam. Çünki onları yaxından tanımıram.
Elnur Salahov
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı