"Azərbaycan milisindəki bəzi oyunçuları "Qarabağ"dan tanıyıram"

"Azərbaycan milisindəki bəzi oyunçuları "Qarabağ"dan tanıyıram"
ÖLKƏ FUTBOLU 20 Yanvar 2018 / 10:15 4861
-  A +

"Cənubi Koreya dünya çempionatına hazırlaşan komandadır. Onların Türkiyəyə hansı heyətlə gələcəyini bilmirəm. Azərbaycandan isə bəzi oyunçuları tanıyıram. Çünki biz ötən yay "Şerif"in heyətində "Qarabağ"a qarşı oynamışdıq. Yaxşı komandadırlar. Bizim heyətdə isə yalnız Moldova çempionatındakı futbolçular çıxış edirlər. Antalyaya öz məqsədlərimiz üçün gedirik və yaxşı nəticə ilə qayıdacağımıza ümidvarıq". 

Qol.az-ın moldfootball.com saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Moldova milisinin futbolçusu Petru Reku müsahibəsində deyib.


30 yaşlı müdafiəçi yeni baş məşqçi Aleksandr Spiridonun rəhbərliyi altındakı  millidə xoş təəssüratının olduğunu bildirib: "Həmişəki kimi, təəssüratlarımız çox müsbətdir. Bütün futbolçular özlərini göstərmək və yığmada nəyisə dəyişmək istəyirlər ki, nəticələr də gəlsin".

Daha çox


Son xəbərlər