Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq

Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
XƏBƏR 19 Yanvar 2018 / 16:09 1643
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq.

Toplanışda 24 futbolçu iştirak edəcək: Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Nicat Mehbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Ayxan Arazlı, Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmov (hər ikisi “Qəbələ”), Nail Alışov (“Neftçi”), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya).
 

Daha çox


Son xəbərlər