"Barselona"da növbəti müqavilə

"Barselona"da növbəti müqavilə
XƏBƏR 19 Yanvar 2018 / 14:31 3118
-  A +

"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 2022-ci ilə kimi sözləşmə imzalayıb.

Yeni müqavilə ilə "Barsa" Robertoya 500 milyon avro qiymət qoyub.

Qeyd edək ki, İspaniya millisinin üzvü  "Barselona"nın yetirməsidir. O, 2010-cu ildən əsas komandada çıxış edir.

Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı