Prandelli qovuldu

Prandelli qovuldu
XƏBƏR 19 Yanvar 2018 / 13:45 4127
-  A +

İtaliyalı məşqçi Çezare Prandelli işsiz qalıb.

Qol.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin "Al Nasr" klubunu çalışdıran 60 yaşlı mütəxəssis istefaya göndərilib.

Bu barədə klubun rəsmi Tivitter səhifəsi xəbər yayıb.

İtaliya millisinin sabiq baş məşqçisi ötən ildən "Al Nasr"ı çalışdırırdı. Onun komandası 12 turdan sonra 8 xalla 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Prandelli karyerası ərzində "Parma", "Fiorentina", "Qalatasaray" və "Valensiya" kimi klublarda da çalışıb.

Son xəbərlər