Millimizdən ikinci qələbə

Millimizdən ikinci qələbə
XƏBƏR 19 Yanvar 2018 / 13:00 2237
-  A +

Hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. 
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız “Antalyaspor”un qızlardan ibarət U-19 komandası ilə qarşılıb və 3:2 hesabı ilə qələbə qazanıb. Millinin heyətində Birgül Çelik dubl edib. Bir dəfə isə avtoqol qeydə alınıb. 

Qeyd edək ki, millimiz bundan əvvəl "Antalyaspor"a 6:1 hesabı ilə qalib gəlmişdi.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın