"Çelsi"yə transfer qadağası qoyula bilər

"Çelsi"yə transfer qadağası qoyula bilər
DÜNYA FUTBOLU 19 Yanvar 2018 / 11:23 3554
-  A +

"Çelsi"yə transfer qadağası qoyula bilər.

Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, London klubu gənc futbolçuların qeydiyyatı zamanı qaydalara əməl etməməkdə günahlandırılır.

Məsələ burasındadır ki, "Çelsi" Bertran Traore ilə  18 yaşında peşəkar müqavilə imzalayıb. Lakin o, qeyri-rəsmi 16 görüşdə iştirak edib ki, bu da FİFA-nın qaydalarına ziddir.

Ancaq ali futbol qurumu təkcə Traoredə deyil, London təmsilçisinin ümumilikdə 25 gənc futbolçunun qeydiyyatı zamanı klubun qaydalara riayət etməməsindən şübhələnir. Əgər “Çelsi” bu məsələdə günahı sübuta yetirilsə, kluba transfer qadağası qoyulacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord