"Billiatsız da güclüyük" - baş məşqçi

"Billiatsız da güclüyük" - baş məşqçi
XƏBƏR 19 Yanvar 2018 / 10:49 4748
-  A +

"Mamelodi Sandaunz"un baş məşqçisi Pitso Mosimane "Qarabağ"a keçəcəyi gözlənilən futbolçusu Xama Billiatın klubdan ayrılma variantına münasibət bildirib.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, o, 27 yaşlı hücumçu olmadan da komandasının güclü olacağını vurğulayıb: "Leonardo Kastro, Kiqan Dolli və Billiatdan ibarət CBD adlandırılan təhlükəli oyunçu triomuz artıq yoxdur. CBD bu mövsüm heç oynamayıb. Çünki bu futbolçulardan komandada ancaq Billiat qalıb. CBD-nin olmamağı bizə təsir etməyəcək. Çünki hazırda çempionatda yüksək pillədəyik və qalib gələ biləcəyimizdən əmin olmalıyıq. Yeni transferlərə başqa kombinasiyalar qura bilərik".

Qeyd edək ki, "Qarabağ"ın X.Billiata rəsmi təklif göndərdiyi iddia olunur


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı