"Liverpul" futbolçusunu icarəyə verdi

"Liverpul" futbolçusunu icarəyə verdi
XƏBƏR 18 Yanvar 2018 / 19:35 3352
-  A +

"Liverpul" yarımmüdafiəçisi Marko Qruyiçi icarəyə verib.

Qol.az-ın xəbərəinə görə, serbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

Gənc futbolçu Çempionşipdə çıxış edən "Kardiff Siti"yə keçib. O, yeni klubunda 6 aylıq icarə əsasında oynayacaq. Bu barədə “Kardiff Siti”nin rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, M.Qruyiç 2016-cı ildə Serbiyanın "Srvena-Zvezda" klubundan “Liverpul”a keçib.

Son xəbərlər